“Magistr” jurnalının 1-ci nömrəsi nəşr edilib

A- A A+

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, jurnalda Azərbaycan ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.

Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: