NDU-nun əcnəbi tələbələr arasında “Azərbaycanı tanıyaq” adlı intellektual oyun keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında Azərbaycan dilini, tarixini, mədəniyyətini, coğrafiyasını, tarixi abidələrini əcnəbi tələbələrə tanıtmaq məqsədilə “Azərbaycanı tanıyaq” adlı intellektual oyun keçirilib.

Oyunun keçirilməsində məqsəd əcnəbi tələbələri tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırmaq, həmçinin bu sahədə onların biliklərini sınamaqdır.

Yarışlar 3 mərhələ üzrə davam edib. Birinci mərhələdə hazırlıq kursunun tələbələrindən ibarət 15 komanda seçim turunda iştirak edib. “Qarabağ” komandası final mərhələsinə keçmə haqqı qazanıb. Oyunların II mərhələsində universitetin Memarlıq, İncəsənət, Tibb, Beynəlxalq fakültələrinin əcnəbi tələbələri arasında seçim turu keçirilib. 5 komandanın mübarizə apardığı final mərhələsində hazırlıq kursunun tələbələrindən ibarət “Qarabağ” komandası I, Tibb fakültəsinin “Xəzər” komandası II, İncəsənət fakültəsinin “Koroğlu” komandası isə III yerə layiq görülüb.  

Sonda qalib komandalara diplomlar təqdim olunub.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: