Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə 1.799 abituriyent qəbul olunub

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

DİM-dən NUHÇIXAN-a bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı mərkəzin internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, boş qalan 2.429 plan yerinin müsabiqəsində iştirak etmək üçün 2.219 abituriyent tərəfindən ərizə təqdim olunub. Onlardan 1.799-u orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

“Abituriyent” jurnalının xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 5-dən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək mümkün olacaq (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunanlar sentyabrın 5-dən 12-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini həmin təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi dəyərləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: