Naxçıvan məktəblisinin məqaləsi Rusiyada nəşr olunub - FOTOLAR

A- A A+

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları”  layihəsində fəallığı ilə seçilən Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi İnci Fərəcovanın  məqaləsi  beynəlxalq elmi jurnalda dərc olunub.  Bölmənin mətbuat xidmətindən  NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji xidmət şöbəsinin müdiri İlkin Vəlibəyovun rəhbərliyi ilə tədqiqat aparan məktəblinin  Rusiyanın “Gənc Alim” jurnalında ingilis dilində dərc olunan məqaləsində “Naxçıvan Muxtar Respublikası ərazisində seysmik təhlükə səviyyəsinin və məktəbimdəki şagirdlərin seysmik dayanıqlılığının qiymətləndirilməsi”indən söz açılıb. Sözügedən jurnal ELIBRARY.RU elmi elektron kitabxanasına daxil olan nəşrlər sırasındadır.

Mövzu ilə əlaqədar Naxçıvan Qızlar Liseyində təşkil olunan dərs zamanı şagirdlərə Naxçıvan Muxtar Respublikasının seysmikliyi, seysmik təhlükəlilik səviyyəsi ilə bağlı geniş məlumat verilib, zəlzələlər zamanı davranış qaydaları haqqında praktik vərdişlərə yiyələnməklə gələcəkdə baş verə biləcək təhlükələrdən qorunmağın yolları göstərilib.

Dərsin sonunda jurnalın redaksiya heyəti tərəfindən göndərilən sertifikat sabahın tədqiqatçısı İnci Fərəcovaya təqdim olunub. 

Qeyd edək ki, AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birlikdə reallaşdırdığı “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və onlarda ilkin tədqiqat aparmaq bacarığının  formalaşdırılmasından ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: