Culfa rayonunun Darıdağ ərazisində aparılan monitorinq zamanı muflonların sayında artım müşahidə olunub - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hər il müntəzəm olaraq çöl quşları və vəhşi heyvanların mövsümi sayğısı ilə bağlı monitorinqlər həyata keçirirlər.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ilin dekabr ayından başlayaraq muxtar respublikanın müxtəlif yerlərində, o cümlədən su hövzələrində belə mövsümi sayğılar davam etdirilir. Aparılan ardıcıl işlərin davamı kimi 10 yanvar 2022-ci il tarixdə cütdırnaqlı heyvanların mövsümi sayğısı ilə bağlı növbəti monitorinq keçirilib.

Culfa rayonunun Darıdağ ərazisində aparılan monitorinq zamanı maraqlı kadrlar qeydə alınıb. Belə ki, həm muflonların sayında artım müşahidə olunur, həm də kadrlardan göründüyü kimi heyvanlar insanlara çox yaxın ərazidə olmalarına baxmayaraq olduqca rahat davranırlar.

Qeyd edək ki, son illər aparılan monitorinqlərin nəticələrinə əsasən bölgədə mövcud olan vəhşi heyvanların və çöl quşlarının sayında nəzərəçarpan artım müşahidə olunur. Bu isə muxtar respublika ərazisində heyvanların qanunsuz ovlanmasına qoyulan qadağalardan, biomüxtəlifliyin zənginləşməsi və təbiətə göstərilən qayğının gözlənilən nəticəsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: