AMEA Naxçıvan Bölməsinin əməkdaşı “Beynəlxalq arxeologiya jurnalı”nın redaksiya heyətinə üzv seçilib

A- A A+

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva ABŞ-ın Nyu-York şəhərində nəşr olunan “Beynəlxalq arxeologiya jurnalı”nın (International Journal of Archaeology) redaksiya heyətinə üzv seçilib.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, impakt faktorlu elmi nəşrlər siyahısına daxil olan jurnal 14 elmi baza üzrə indeksə malikdir. Nəşrdə dünyanın müxtəlif ölkələrində arxeoloji tədqiqatlar zamanı aşkar olunan yeni, nəzəri məlumatlarla zəngin elmi məqalələr, arxeologiyanın müxtəlif istiqamətlərində həyata keçirilən araşdırmaların nəticələri dərc olunur.

ABŞ, Argentina, Bolqarıstan, Türkiyə, Çin, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən mütəxəssislərin yer aldığı heyətdə həmyerlimiz Azərbaycanı təmsil edən yeganə nümayəndədir.

Heyət üzvləri 2 il müddətinə seçilir. Yeni heyətin fəaliyyəti 2024-cü ilədək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: