“Naxçıvan müstəqillik illərində” mövzusunda interaktiv dərs keçirilib

470

AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan müstəqillik illərində” mövzusunda interaktiv dərs olub.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilən dərsdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev dövlət müstəqilliyinin bərpasından sonra ölkədə mövcud olan vəziyyətdən bəhs edib. Bildirib ki, Azərbaycanın digər bölgələrindən fərqli olaraq Naxçıvanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında məqsədyönlü addımlar atıldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə prezident seçilməsi ilə bu siyasət ölkə miqyasında həyata keçirilməyə başlandı.

1995-ci il dekabrın 16-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə cənab Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra Naxçıvan yeni, sürətli inkişaf mərhələsinə qədəm qoydu.

Ötən dövr ərzində muxtar respublikada qeydə alınan inkişafın tarixin heç bir dövründə müşahidə olunmadığını diqqətə çatdıran akademik müstəqillik illərində muxtar respublikada elm, təhsil, səhiyyə, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunan uğurlara nəzər salıb, bəzi statistik müqayisələr aparıb.

Davamlı və kompleks inkişafın tam təmin olunduğunu, sənaye və kənd təsərrüfatı sahəsində atılan kompleks addımların bu inkişafa öz töhfəsini verdiyini diqqətə çatdıran  alim  sənaye, kənd təsərrüfatı, iqtisadiyyat sahələrində əldə olunan uğurları məktəblilərin nəzərinə çatdırıb, əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı  görülən işlərindən söz açıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: