20 Yanvar xalqımızın hüzn və şərəf günüdür - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Qanlı gecə - 20 Yanvar” mövzusunda elmi konfrans keçirilib.

Konfransda “Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsi olduğunu deyib. Rektor qeyd edib ki, keçmiş Sovet İmperiyası ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Faciədən dərhal sonra, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək keçirdiyi mətbuat konfransında kəskin bəyanatla çıxış etdiyini vurğulayan Nurlana Əliyeva ulu öndərimizin Bakıda törədilən qırğınların təşkilatçılarını cinayətkar adlandırdığını, günahkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini xatırladıb. Bildirib ki, ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib. Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin ailələrinin sosial məsələlərinin həllinə daim xüsusi diqqət göstərir.

Konfransda “Ümumi tarix” kafedrasının dosenti Xəzər Hüseynov “XX əsrin 80-90-cı illərində Azərbaycanda baş verən siyasi hadisələr, 20 Yanvara gedən yol” mövzusunda, Kafedranın müəllimi Rəna Qurbanova “Qələbəyə gedən yol 20 Yanvardan başlayıb” adlı məruzəsi ilə çıxış ediblər. 

Konfransın yekununda isə Azərbaycan xalqının qan yaddaşına əbədi olaraq hopmuş 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotolardan hazırlanmış slayd nümayiş olunub.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: