Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün nəşr olunan “Abituriyent” jurnalının xüsusi buraxılışında düzəliş edib.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Abituriyent” jurnalının xüsusi buraxılışında (Azərbaycan və rus bölməsi, səhifə 3) “TC altqrupuna daxil olan ixtisaslar – beynəlxalq münasibətlər, regionşünaslıq, tarix və coğrafiya müəllimliyi kimi qeyd olunan ixtisaslar, beynəlxalq münasibətlər və regionşünaslıq kimi olmalıdır.
TC altqrupuna yalnız beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları daxildir.