İstedad kurslarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib

A- A A+

Hər il olduğu kimi bu il də İstedad kurslarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib.

Builki tədris ilində də “İstedad-XXI əsr” kurslarını bitirənlərin qəbul nəticələri 100 faiz olub. Məzunlardan 99-u 400, 51-i 500, 17 məzun isə 600 baldan yuxarı  nəticə göstərib. Kursu bitirən məzunların 85 faizi Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini seçiblər.

Hər il olduğu kimi bu il də yüksək nəticə göstərən məzunlara kurs tərəfindən birdəfəlik pul mükafatı və hədiyyələr təqdim edilib. Eyni zamanda onu da xatırladaq ki, yüksək nəticə göstərən kursun məzunları topladıqları bala görə, aylıq 50-80 manat məbləğində tələbə təqaüdü ilə də təmin olunacaqlar.

 Kursun builki məzunlarından Arzu Əliyeva 691, Cəfərsadiq Ələkbərov 672 bal toplayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: