Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Varşavada nəşr olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın “Xalq rəssamı Cəlil Hüseynovun yaradıcılığında monumental rəngkarlıq əsərləri” adlı elmi məqaləsi Polşanın Varşava şəhərində dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil olan Copernicus indeksli jurnalda dərc olunub.

Məqalədə xalq rəssamı Cəlil Hüseynovun yaradıcılığında monumental rəngkarlıq əsərlərinin bədii xüsusiyyətləri haqqında məlumat verilib. Əsərlərindəki əsas bədii xüsusiyyətlərinin meydana çıxarılmasına xidmət edən rənglərin psixoloji xarakteri araşdırılıb, bu sahədəki fərdi yaradıcılıq xüsusiyyətləri müəyyənləşdirilib. Məqalədə, həmçinin qeyd edilib ki, monumental rəngkarlıq əsərlərində rəng çalarlarının harmonik ifadəsini böyük ustalıqla yaratmış rəssamın əsərləri yüksək bədii estetika ilə yanaşı mövzu rəngarəngliyinə və lakonik bədii ifadəliyə malikdir.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: