Orta məktəblərin 6-11-ci sinif şagirdləri üçün “Atlas”ın yeni nəşri çapdan çıxıb

A- A A+

Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti olan “Atlas”ın yeni nəşri Azərbaycan və rus dillərində çapdan çıxıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutundan məlumat verilib. Bildirilib ki, 6-11-ci siniflər üçün nəzərdə tutulan dərs vəsaiti Azərbaycan Respublikasının Təhsil İnstitutu və Coğrafiya İnstitutunun Elmi şurasının qərarı ilə tövsiyə və təsdiq edilib. Baş redaktoru mərhum akademik Ramiz Məmmədovun olduğu vəsaitin xüsusi məzmununun hazırlanması Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminova və digərlərinə aiddir.

Dərs vəsaiti “Coğrafi məkan”, “Təbiət”, “Cəmiyyət” və “Azərbaycan Respublikası” başlıqları ilə 4 hissədən ibarətdir. Coğrafiya fənni üzrə yeni proqram əsasında hazırlanan “Atlas”a Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü əsasında əlavə olunan xəritələr daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: