Tələbələr istehsalat təcrübəsi keçir

A- A A+

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Naxçıvan Universitetinin İqtisadiyyat fakültəsinin tələbələrinə Ləzzət Qida Sənaye MMC-nin “Ləzzət Biskvit və Şokalad fabriki”ndə təcrübi məşğələ təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, tələbələrə məhsul istehsalından satışa çıxarılana qədərki mərhələdə olan proseslər, mövcud istehsal texnologiyası barədə məlumat verilib. İstehsalat təcrübəsi keçən tələbələrin diqqətinə çatdırılıb ki, müəssisədəki istehsal prosesi dünya standartlarına uyğundur. Müəssisə saatda 300-350 kiloqram biskvit istehsal etmək gücündədir. Burda 80 çeşiddə məhsul istehsal olunur. İstehsal olunan məhsullar muxtar respublikadan kənarda da ixrac edilir.  Təbii ki, alıcı rəğbətini qazanmaq baxımından keyfiyyət amili və məhsulun  qablaşdırılması da  müasir tələblərə cavab verməlidir. Tələbələrin istehsalat təcrübəsi mayın 4-ə qədər davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: