Naxçıvan Dövlət Universitetində fəal tələbələr mükafatlandırılıb - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev muxtar respublikada  dövlət gənclər siyasətinin uğurlu icrasından danışıb. Qeyd olunub ki, son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Rektor universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirərək qeyd edib ki, tələbə təşkilatlarının səyi nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, hüquq və məntiq olimpiadaları, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli  yarışlarda universiteti layiqincə təmsil edirlər. Bildirilib ki, ali təhsil ocağının tələbələri respublika və beynəlxalq əhəmiyyətli startap müsabiqələrin də fəal iştirakçısına çevrilərək öz bacarıqlarını sərgiləyirlər.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov 2021-2022-ci ilin I yarısında universitetdə qazanılan uğurlardan danışıb. Qeyd olunub ki, ötən il ərzində universitet gənclər təşkilatı tərəfindən 16 yeni layihə, 23 tədbir, 28 intellektual yarış keçirilməklə 2314 tələbənin müxtəlif tədbirlərdə iştirakı təmin edilib. 2021-ci ildə universitet tələbələrinin müəllifi olduğu “Oxunması zəruri olan kitablar” və “Tələbə təşkilatları” adlı 2 yeni mobil tətbiqin təqdimatı keçirilib.  Eyni zamanda 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ölkə üzrə ən fəal gənclər təşkilatı seçilib. Həmçinin ali təhsil ocağının tələbələri universitetdən kənar keçirilən yarışlarda da fəallıq göstərərək “Beynəlxalq tələbə həftəsi” çərçivəsində keçirilən müxtəlif istiqamətli oyunlarda qalib olublar.

Sonra mükafatların təqdimatı olub. İncəsənət, idman, intellektual oyunlar üzrə və universitetin sosial-ictimai həyatında fərqləndiyinə görə ümumilikdə 100-ə yaxın tələbə mükafatlandırılıb.

Qeyd edək ki, “Ən yaxşı fakültə gənclər təşkilatı” müsabiqəsinin qalibi Tibb fakültəsi, “Ekoloji şam ağacı” müsabiqəsinin qalibi isə universitetin Elmi kitabxanası olub. Nailiyyət əldə edənlərə diplom və hədiyyə təqdim edilib.

Fəxriyyə Səyyadova

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr

bölməsinin əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: