Xaricdə doktorantura təhsili almaq istəyənlər üçün sənəd qəbulu aparılır

A- A A+

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturaya dair 2022-ci il üzrə sənəd qəbulu prosesi davam edir.

Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 1-dək davam edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərlə Təhsil Nazirliyinin saytında tanış olmaq olar.

Hər hansı əlavə sual yarandığı zaman [email protected] mail ünvanına müraciət etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: