NDU-da Kimya, Fizika və Biologiya fənləri üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikat təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə ixtisasartırma kursundan hazırlanan videoçarx nümayiş olunub.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında Kimya, Fizika və Biologiya ixtisaslarında təhsil alan tələbələrin müasir şəraitdə qurulan laboratoriyalardan istifadə etməsinin ümumtəhsil məktəblərində şagirdlərin bilik və bacarıqlarının artırılmasına hesablanan addım olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, sözügedən fənlər üzrə universitetdə bakalavr, magistratura və doktorantura pilləsində kadr hazırlığı həyata keçirilir.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, orta məktəb müəllimlərinin mütəmadi olaraq bu cür kurslara cəlb olunması peşəkarlıq səviyyələrinin artırılmasına, laboratoriyaların imkanlarından tədris prosesində geniş istifadə etmələrinə müsbət təsir göstərir.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən kurs barədə məlumat verib. Bildirilib ki, 5 gün davam edən ixtisasartırma kursunda ümumtəhsil məktəbləri üzrə hər ixtisasdan 20 nəfər olmaqla ümumilikdə 60 müəllim iştirak edib. İxtisasartırma kursunda müasir təlim metodları tətbiq edilib, müəllimlərin kimya, fizika və biologiya fənlərinə dair ən mühüm bilik və bacarıqlara yiyələnməsi məqsədilə mövzular sistemli şəkildə şərh edilib.

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin müəllimi Arzu Kərimli müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün təşkil edilən kursu yüksək dəyərləndirib göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. 

Sonda ixtisasartırma kursunu uğurla bitirən müəllimlərə sertifikatlar təqdim olunub. 

Fəxriyyə Səyyadova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: