Heydər Əliyev üçün xalqın sağlamlığı əsas məsələ idi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə  keçirilib.

Tədbirdə kollecin direktoru Azərbaycan Respublikasının əməkdar həkimi  Sona Məmmədova çıxış edib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri misilsizdir. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ulu öndər xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirib. Ulu öndərin bu sahəyə olan qayğısı indi də uğurla davam etdirilir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Ümummilli lider Heydər Əliyev: milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edib. Bildirib ki, məhz ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsinin, dövlətçilik təcrübəsinin  sayəsində Azərbaycan xalqı XX əsrin 90-cı illərində dövlət müstəqilliyini yenidən qazana bildi. Müstəqil dövləti qoruyub möhkəmləndirərək, onun inkişafına nail oldu.

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü isə imzalanan bir sıra qərar və sərəncamlar, mühüm əhəmiyyətli tarixi hadisələrlə yadda qalır.

Qeyd olunub ki, bu gün Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə nüfuz qazanması, ən mötəbər tədbirlərə ev sahibliyi etməsi Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində əldə olunub.

Sonra dahi rəhbər Heydər Əliyev haqqında sənədli film nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: