Şair Xanəli Kərimli kitablarını AMEA Naxçıvan Bölməsinə hədiyyə edib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şair, ədəbiyyatşünas, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, ictimai xadim Xanəli Kərimli “Şairə məktub”, “Sözün Əlincə Qalası”, “Bir Ömrün İşığı”, “Bir ömrün nağılı”, “Payız duyğuları” və digər kitablarını bölməyə təqdim edib.

Təqdimat mərasimində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ötən il 70 illiyi qeyd edilən ədəbiyyatşünas alim Xanəli Kərimlinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun qələmə aldığı əsərlərdən bəhs edib.

Qeyd edilib ki, yaradıcılığa 1980-ci ildə “Toğluqayanın Məmməd Araza məktubu” şeiri ilə başlayan şair sonralar bir çox mövzularda qələmə aldığı əsərlərlə də oxucu rəğbəti qazanıb. Xanəli Kərimli, eyni zamanda “İnam”, “Təbil”, “Ağrı”, “Bütövlük”, “Bayrağını uca qaldır, Ana Vətən” və “Ata” poemalarının da müəllifidir.

İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinə təqdim olunan kitablardan da söz açaraq bildirib ki, hədiyyə olunan kitablar şairin öz əsərləri ilə yanaşı, həm də alim və tədqiqatçıların Xanəli Kərimlinin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda qələmə aldıqları məqalələr toplusu və şairin 55, 60, 65, 70 illik yubileyləri münasibətilə hazırlanan kitablardan ibarətdir.

Digər çıxış edənlər Xanəli Kərimlinin həyatı və yaradıcılıq yolundan, şairin yaradıcılığına ədəbi-tənqidi baxış və qələmə aldığı əsərlərdə Cənub mövzusundan ətraflı danışıblar.

Sonda müəllif Xanəli Kərimli göstərilən diqqətə görə minnətdarlıq edib.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: