NDU müəlliminin elmi məqaləsi Rusiyada yüksək impaktfaktorlu jurnalda nəşr olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin “Antanaklassisin digər dil layları ilə müqayisəsi” (“Comparison of antanaclassis with the components of language layers”) adlı elmi məqaləsi Rusiyanın Moskva şəhərində yüksək impaktfaktorlu “Müasir elm və təhsil problemləri” (“Problems of Modern Science and Education”) jurnalında dərc olunub. Müəllif məqalədə paronomasiyanın bir növü olan antanaklassis haqda araşdırma aparıb və onun dil uzisinə aid olan yanıltmaclarla müqayisəli cəhətlərinə nəzər salıb. Tədqiqatda qeyd edilib ki, antanaklassis bir cümlənin bir neçə dəfə dalbadal sürətlə deyilməsi ilə gülünc və yumor doğuran vulqar ifadənin ortaya çıxmasına səbəb olur. Müəllif antanaklassisin yanıltmacla oxşar olduğu qənaətinə gələrək bildirib ki, hər iki dil layında iki normal cümlə dalbadal işlənir və sürətlə deyilir. Fərqli cəhətlərinə gəldikdə isə yanıltmaclar dilin dolaşmasına xidmət edir, gülüş və yumor doğurmaya bilər. Bundan başqa, yanıltmaclar vulqar söz yaratmır.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri