Pedaqoji və istehsalat təcrübələri tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə xidmət edir - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, bu fikirləri  Naxçıvan Dövlət Universitetində cari tədris ilinin ikinci yarısına aid keçirilən pedaqoji və istehsalat təcrübələrinin başlanğıc konfransında universitetin rektoru Elbrus İsayev  səsləndirib.  Rektor bildirib ki, tələbələrin yüksək səviyyəli mütəxəssislər kimi yetişmələrinə xidmət edən  pedaqoji və istehsalat təcrübəsi gələcəyin müəllimləri və dövlət qurumlarında işləyəcək gənclər üçün xüsusi bir hazırlıq mərhələsidir. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətini, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyini qeyd edən rektor tələbələrə və təcrübə rəhbərlərinə bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.

Qeyd edək ki, universitetin əyani şöbəsində 6 fakültə üzrə 16 ixtisas olmaqla, ümumilikdə 379 nəfər IV kurs tələbəsi muxtar respublikanın 17 şəhər və Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində pedaqoji təcrübədə olacaqlar.

Ümumilikdə istehsalat təcrübəsinə cəlb edilən tələbələr isə dövlət qurumları, nazirliklər, müxtəlif mərkəz və təşkilatlar, komitələr, televiziya, qəzet redaksiyasında və  bu kimi 26 dövlət müəssisələrində 14 həftə müddətində təcrübə keçəcəklər. Pedaqoji təcrübələr üzrə 76, istehsalat təcrübələri üzrə isə 59 metodist təcrübələrə rəhbərlik edəcək. 

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: