NDU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin "Tarix-filologiya" fakültəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi konfrans keçirilib. Konfransda universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin inkişafı və qrammatikasından, dilin bir millətin, xalqın həyatında önəmindən danışıb. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən qeyd edilir. Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. 

Daha sonra Universitet müəllimlərinin “Ana dilim, doğma dilim”, “Dilimizə dövlət qayğısı” ilə bağlı çıxışları dinlənilib, tələbələr ana dilimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər. 

Səadət Əliyeva 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: