NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin “Orkestr alətləri və dirijorluq” kafedrasının müəllimi Aidə Novruzovanın “XII-XIII əsrlərdə Azərbaycan xalqının mədəniyyətində musiqinin rolu” adlı elmi məqaləsi Ukraynada “Müasir dünyada mövcud elmi tədqiqatlar” jurnalında dərc olunub. Məqalədə XII-XIII əsrlərdə Azərbaycan xalqının mədəniyyətində musiqinin rolundan bəhs edilir, yaxın və orta Şərqin iki ən böyük alimi Səfiyəddin Urməvi və Əbdülqadir Marağayinin yaradıcılığı haqda ətraflı məlumat verilir. Məqalədə, həmçinin milli musiqimizin dəyərli incilərindən saylan muğamlarımızın özünəməxsus cəhətlərinə də nəzər salınır.
Səadət Əliyeva