“Naxçıvan” Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinə qoşulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı ali təhsil ocağında görüş keçirilib.

Görüşdə Türkiyənin Qaziantep Universitetinin professoru Erdal Bay, layihənin Azərbaycan üzrə koordinatoru Könül Məmmədova, Naxçıvan Dövlət Universitetinin nümayəndələri və “Naxçıvan” Universitetinin müəllim-tələbə heyəti iştirak edib.

Universitetin rektoru Nurlana Əliyeva qonaqları salamlayaraq bildirib ki, “Naxçıvan” Universiteti 2021-ci ilin sentyabr ayından etibarən bu layihənin rəsmi iştirakçılarından biridir. “Layihədə əsas məqsəd təmsil olunan ölkələrin gənclərinin təhsil, mədəniyyət, tarix və iqtisadiyyat kimi sahələrdə birgə fəaliyyətini təmin etməkdir”,- deyən rektor layihəni Türk dünyasında ortaq bir məxrəcdə fəaliyyətin inkişafına töhfə kimi dəyərləndirib.

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli  layihənin məqsədi, tərəfdaşları, layihə çərçivəsində icra olunacaq fəaliyyətlər və gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

Qaziantep Universitetinin professoru Erdal Bay layihənin uzunmüddətli olacağına əminliyini ifadə edərək bildirib ki, “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsi ortaq cəhətlərimizi tanıma istiqamətində atılmış əhəmiyyətli bir addımdır.

Layihənin Azərbaycan üzrə koordinatoru Könül Məmmədova hazırda dünyanın 9 ölkəsindən 67 universitet ilə əməkdaşlıq protokolunun imzalandığını vurğulayıb.

Qeyd edək ki, bu layihə Türk dünyasını əhatə etmək və qardaşlıq hüquqlarını inkişaf etdirmək üçün əhəmiyyətlidir.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: