NDU müəlliminin məqaləsi Polşanın elmi jurnalında nəşr olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalənin müəllifi Naxçıvan Dövlət Universiteti Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyevdir. Polşada “Müasir elmi çağırışlar və meyllər” (Modern Scientific Challenges and Trends) elmi jurnalında dərc olunan “Gənclərin fiziki tərbiyəsində təlim məşq prosesinin əsasları və əhəmiyyəti” adlı elmi məqalədə müəllif məşq prosesini düzgün keçirməkdən ötrü bioloji elmlərin, idman fiziologiyasının əhəmiyyəti, gənc idmançıların təlim-məşq prosesində məşqçinin didaktik prinsiplərə nəzər salaraq öyrətməsindən bəhs edir. Qeyd edilir ki, ümumi gimnastika hazırlığının qarşısına qoyulan əsas vəzifə idman gimnastikasının əvvəlcə sadə, daha sonra mürəkkəb olan eyni tipli hərəkətlərinin mənimsənilməsi və gimnastika hərəkətləri texnikasının əsaslarına yiyələnməkdən ibarətdir.
Məqalədə, həmçinin məşqçinin qabaqcıl iş təcrübəsini ümumiləşdirmək yolu ilə, idmanın texnikasının təkmilləşdirilməsinə, bu texnikanı mənimsətmək prosesinin sürətləndirilməsinə nail ola bilməsi də öz əksini tapıb.
Səadət Əliyeva