“Microsoft”un növbəti vebinarı Naxçıvan Dövlət Universitetində - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyi tərəfindən növbəti vebinar Naxçıvan Dövlət Universitetində təşkil olunub.

Vebinar təhsildə rəqəmsal transformasiya va innovasiyaların rolu, müasir virtual iş yeri, verilənlərin intellektual təhlili, vizuallaşdırılması və maarifləndirmə, rəqəmsal transformasiya üçün bacarıqların inkişaf etdirilməsi mövzusuna həsr olunub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev bildiriblər ki, muxtar respublikada təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, tələbələr müasir tədris vasitələrindən istifadə etməklə bilik və bacarıqlarını inkişaf etdirirlər. Bugünkü vebinar da aktual mövzuları ilə bu baxımdan əhəmiyyətlidir.

“Microsoft” korporasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, Amerika Ticarət Palatasının Rəqəmsal Texnologiyalar və İnnovasiyalar komitəsinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyasının İnnovasiyalar və Rəqəmsal Həllər komissiyasının üzvü Qaçay Mirzəyev vebinara onlayn qoşularaq dünyanın ən qabaqcıl texnologiyalarının tətbiqindən bəhs edib.

“Microsoft” sertifikatlı təlimçilər təhsildə rəqəmsal transformasiya və innovasiyaların rolu, verilənlərin intellektual təhlili, vizuallaşdırılması rəqəmsal mənimsəmə-texnologiyanın tətbiqi, inteqrasiyası və tam istifadə edilməsi mövzularına toxunublar.

Vebinarda, həmçinin süni intellekt, əşyalar interneti və yeni texnologiyalar barədə də iştirakçılara ətraflı məlumat verilib, müəllim və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: