Məktəbli yarmarkası təşkil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə Ordubad şəhərindəki Bazar ticarət mərkəzində ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Qeyd edək ki, muxtar respublikada şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı daim diqqətdə saxlanılır. Hər il məktəbli yarmarkalarının təşkil edilməsi bu istiqamətdə atılan mühüm addımdır. Bu, yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə daha asan şəkildə təmin edilmələrində mühüm rol oynayır. Yarmarkada məktəbli geyimləri ilə yanaşı, lazım olan bütün dərs ləvazimatlarının, ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Buradan lüğət, dünya uşaq ədəbiyyatı nümunələri, bədii və elmi ədəbiyyatlar da əldə etmək mümkündür.

Yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olarkən onlardan bir neçəsi ilə görüşüb söhbət etdik. Alıcı Əkbər Kərimov qeyd etdi ki, satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili bir alıcı kimi onun tərəfindən də razılıqla qarşılanıb. Digər alıcı Malik Məmmədov isə bildirdi ki, son illər keçirilən məktəbli yarmarkalarından müxtəlif çeşidli məktəbli ləvazimatları və məktəbli formaları alıb. Hər dəfə də satışa çıxarılan məhsilların keyfiyyətindən və qiymətinin münasib olmasından razı qalıb. Bu dəfəki məktəbli yarmarkasına çıxarılan məktəbli geyimləri və dərs ləvazimatlarındakı qiymət onu qane edib.

Məktəbli yarmarkası sentyabrın 16-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: