Rusiyanın Penza şəhərində naxçıvanlı müəllimin məqaləsi dərc olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının baş müəllimi Türkan İsmayıllının elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı“ (European Scientific Conference) jurnalında nəşr olunub. Məqalədə dilçiliyin yeni bir sahəsi olan koqnitiv dilçilik yanaşması ilə dilin geniş kateqoriyalarından biri afirmativliyin danışıq dilində vurğulanması yollarından bəhs edən müəllif qeyd edib ki, son illər dilin işlənməsi və dildə məlumatın yaranması, saxlanması və ötürülməsi proseslərinin üfüqləri koqnitiv elminin inkişafı sayəsində genişlənməyə başlayıb. Məqalədə, həmçinin hər iki dilçilik sahəsinin əsas anlayışları və perspektivləri ilə bağlı məlumat verilib.
Səadət Əliyeva