NDU-nun İncəsənət fakültəsində konsert olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Musiqi kollecinin Xalq çalğı alətləri şöbəsinin Qarmon ixtisası üzrə müəllim və tələbələrinin konserti keçirilib. Konsertdə Emin Sabitoğlunun “Sən ey uşaqlıq”, “Şərikli çörək”, Vasif Adıgözəlovun “Bayram suitası”, Afdandil İsrafilovun “Kəmalə rəqsi”, Azərbaycan Xalq rəqsi “Tiflisi”,  Azərbaycan Xalq mahnıları əsasında popuri, Tofiq Quliyevin “Naxçıvan Rəqsi”, Ramiz Mirişlinin “Yandım, elə yandım”, xarici bəstəkarlardan İohann Bramsın “Macar rəqsi”, Zequinha Abreyin “Tico-Tico”  və s. əsərləri ifa edilib.

Konsertdən sonra təəssüratlarını bildirən ali təhsil ocağının rektoru Elbrus İsayev Konservatoriya ilə Musiqi Kollecinin birgə əməkdaşlığını xüsusi qiymətləndirib. Bildirib ki, tələbələrin təcrübi bacarıqlarının formalaşmasında bu cür konsertlərin böyük əhəmiyyəti vardır.

Qeyd edək ki, Naxçıvan Musiqi Kollecində artıq 15 ildir ki, Qarmon ixtisası üzrə kadr hazırlığı aparılır. Hazırda bu ixtisas üzrə 7 müəllim 40-a yaxın tələbəyə peşənin sirlərini öyrədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: