NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir.
Liseyə şagird qəbulu 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinifində təhsil alacaq qız şagirdləri arasından müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
- Şəxsiyyət vəsiqəsinin surəti
- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
- Valideynin ərizəsi
- Təhsil aldığı məktəbdən arayış
- Sağlamlıq haqqında arayış
Sənədlər 4 mart 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək saat 9:00-dan 18:00-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir.
Müsabiqə 14 may 2022-ci il tarixdə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə 3 fəndən 70 sual təqdim olunacaqdır.
Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.
Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47; (036) 545-23-62