Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2022-2023-cü tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir.

Liseyə şagird qəbulu 2022-2023-cü tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasından müsabiqə yolu ilə aparılır.

Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

- Şəxsiyyət vəsiqəsinin surəti

- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil

- Valideynin ərizəsi

- Təhsil aldığı məktəbdən arayış

- Sağlamlıq haqqında arayış

Sənədlər 4 mart 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək saat 9:00-dan 18:00-dək Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə qəbul ediləcəkdir.

Müsabiqə 14 may 2022-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir.

Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 20, riyaziyyat fənni üzrə 25, fizika fənni üzrə 25, ingilis dili fənni üzrə 15, biologiya fənni üzrə 5, coğrafiya fənni üzrə 5, tarix fənni üzrə 5 sual olmaqla, ümumilikdə 7 fəndən 100 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.

Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır.

Ünvan: Şərur Şəhər Fizika-Riyaziyyat

Təmayüllü Lisey, Şərur şəhəri, Sabir küçəsi 26.
Əlaqə nömrəsi: (036) 542-30-76

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: