NDU-da 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə ali təhsil ocağının İdman kompleksində tədbir keçirilib. 

Tədbirdə əvvəlcə idmançı tələbələrin qazandığı diplom və medallardan ibarət sərgiyə baxış olub.

Sonra ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə son illərdə idman sahəsində qazanılan uğurlardan danışıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq olunan  “2020-2025- ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışan  rektor əlamətdar gün münasibətilə tələbə və müəllim heyətini təbrik edib, onlara uğurlar arzulayıb.

Muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından danışan universitetin İdman klubunun sədri, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Məmmədəli Rəhimov bildirib ki, idman sahəsində xüsusi bacarığı ilə seçilən tələbələr may ayının 11- də Bakıda baş tutacaq ali məktəblərin birinciliyində iştirak edəcəklər. 

Məşqçilik ixtisası üzrə II kurs tələbəsi, Fakültə Tələbə idman şurasının sədri, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü Abbas Məmmədov qazandığı uğurlardan  danışıb, idmançı tələbələrə uğurlar arzulayıb.

Sonra Naxçıvan Dövlət Universiteti və Naxçıvan Universiteti basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Yarışın sonunda NDU-nun komandası 18 : 9 hesablı qələbə qazanıb.     

Etibar Dərbəndəliyev 
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: