Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib

A- A A+

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu nömrədə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib. Jurnalda, həmçinin bəzi test tapşırıqlarının izahı və tövsiyələr; abituriyentlər üçün elmi-metodiki məqalələr (tarix fənnindən “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi), coğrafiya fənnindən “Azərbaycanın iqtisadi rayonları”) dərc edilib. Jurnalda cavabların “cavab kartı” və “cavab vərəqi”ndə qeyd olunma qaydasının izahı, habelə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları və digər zəruri materiallar təqdim olunub.

Azərbaycan və rus dillərində nəşr edilmiş “Abituriyent” jurnalını satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: