Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi başlayıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli qərarına uyğun olaraq martın 10-da müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır.

Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində komissiya müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.

Qeyd edək ki, 31 yanvar tarixində keçirilən müsabiqənin test mərhələsində 127 vakant vəzifənin tutulması üçün 102 namizəd qeydiyyatdan keçib, onlardan 31 namizəd müvafiq keçid balını toplayıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət fortepiano, qarmon və konsertmeyster-fortepiano ixtisasları üzrə qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: