Sabah muxtar respublikada tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 2984 şagirdin iştirakı nəzərdə tutulub

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, martın 12-də bu il muxtar respublikanın bütün ümumtəhsil müəssisələrinin 11-ci sinfini bitirən şagirdlər üçün buraxılış imtahanı keçiriləcək. İmtahanlar Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına Hərbi Liseydə, Heydər Əliyev adına tam orta məktəbdə, 5 və 14 nömrəli tam orta məktəblərdə keçiriləcək.

Rayonlar üzrə isə Şərur şəhərində 1, 2 nömrəli, Babək şəhərində 1 nömrəli  və Şıxmahmud kənd tam orta məktəblərində, Ordubad şəhərində 3 nömrəli, Culfa şəhərində 2, 3 nömrəli, Şahbuz şəhərində 1 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Sədərək kəndində isə 1 nömrəli tam orta məktəblərdə  keçiriləcək. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 14 imtahan binası, 250 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 14 ümumi imtahan rəhbəri, 37 imtahan rəhbəri, 299 nəzarətçi-müəllim təyin olunub. Buraxılış imtahanlarında 2984 şagirdin iştirakı nəzərdə tutulub.

İmtahan saat 11:00-da başlanacaq. Binalara buraxılış saat 9:00-da həyata keçiriləcək.

1 mərhələdə keçirilən imtahanda şagirdlərə xarici dildən 30, Azərbaycan dilindən 30, Riyaziyyat fənnindən isə 25 olmaqla, ümumilikdə 85 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 3 saat vaxt ayrılacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən nəzarətçi müəllimlər üçün seminarlar da təşkil olunub. Təhsil şöbələri tərəfindən buraxılış vərəqələri çap olunaraq şagirdlərə təhvil verilib. Şagirdlərin imtahana psixoloji hazırlığı ilə bağlı müxtəlif tədbirlər keçirilib.     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: