Bu gün keçirilən imtahanda muxtar respublika üzrə 2984 şagird iştirak edib - FOTOLAR

A- A A+

Respublikanın bir sıra bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tam orta təhsil səviyyəsi üzrə, yəni 11-ci sinfi bitirən şagirdlər üçün buraxılış imtahanları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında ölkə üzrə 26 min 697 şagird iştirak edib. İmtahan respublika üzrə 222 binada, 3553 zalda keçirilib. Ölkənin 31 şəhər və rayonunda, o cümlədən muxtar respublikanın bütün bölgələrində olmaqla, 14 ümumtəhsil məktəbində təşkil olunan imtahanlara abituriyentlər saat 09.00-dan etibarən buraxılıblar. Bütün bölgələrdə eyni vaxtda, saat 11.00-da imtahana start verilib. Şagirdlərə proses zamanı 3 fənn – Azərbaycan dili, xarici dillərdən 30, Riyaziyyat fənnindən isə 25 olmaqla, ümumilikdə 85 sual təqdim olunub. Bir mərhələdən ibarət olan imtahanda sualların cavablandırılması üçün iştirakçılara 3 saat vaxt verilib. Maksimum nəticə göstərən şagirdlərin biliyi 300 balla qiymətləndiriləcək.

Buraxılış imtahanları Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına Hərbi Liseydə, Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. Rayonlar üzrə isə Şərur şəhərində 1 və 2 nömrəli, Babək şəhər 1 nömrəli  və  Şıxmahmud kənd tam orta məktəblərində, Ordubad şəhər 3 nömrəli, Culfa şəhər 2 və 3 nömrəli, Şahbuz şəhər 1 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərdə təşkil olunub.

11-ci sinif şagirdlərinin iştirak etdiyi imtahan Dövlət İmtahan Mərkəzinin tam təlimatına uyğun həyata keçirilib, proses zamanı heçbir qayda pozuntusu baş verməyib, imtahandan kənarlaşdırma halı qeydə alınmayıb.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: