NDU-nun kollektivi Naxçıvan Biznes Mərkəzində olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində olan  Naxçıvan Dövlət Universitetinin kollektivinə mərkəzin əsas fəaliyyət istiqamətləri  barədə  ətrafı məlumat verilib.

Bildirilib ki, sərgi salonunda muxtar respublikada 100-dən artıq istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif sənaye məhsulları, tikinti, ərzaq, geyim və mebel nümunələri nümayiş olunur. Onların arasında yüngül və ağır sənaye, kənd təsərrüfatı, qida, tekstil, dağ-mədən, metallurgiya, avtomobil sənayesi, rabitə və digər sahələrin məhsulları da öz yerini tutur. Vurğulanıb ki, muxtar respublikanın mövcud resusları hesabına istehsal edilən tikinti materialları, sement, kərpic, daş məhsulları, tibb sahəsində istifadə olunan müxtəlif qazlar yerli təlabatı 100% ödəyir. Bununla yanaşı daş məhsulları, sement, mebel məmulatları İran, Türkiyə və Gürcüstan respublikasına ixrac edilir. Hazırda bir çox müəssisə 100-ə yaxın adda məhsulunu Gürcüstan, Belarus, İran, Türkiyə və MDB ölkələrinə ixrac edir. 

Naxçıvanda istehsal olunan məhsullar və sosial-iqtisadi inkişaf göstəriciləri barədə ətraflı məlumat alan qonaqlar muxtar respublikanın ənənəvi brend məhsulları olan qaya duzu, mineral sular, dağlardan toplanmış müalicəvi əhəmiyyətli bitki çaylarını, əl işlərini maraqla qarşılayıb, son illər muxtar respublikada yaradılmış istehsal və xidmət obyektlərini, maşınqayırma, kimya, tikinti, energetika, mədənçıxarma, metallurgiya, yüngül, mebel, yeyinti və aqrar sənayesi, soyuducu anbarlar, istixana kompleksləri, heyvandarlıq, quşçuluq, arıçılıq, limonçuluq təsərrüfatlarını özündə əks etdirən xəritəyə də baxıblar.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: