ADA Universitetinin əməkdaşları Naxçıvan Dövlət Universitetində mühazirə keçiblər - FOTOLAR

A- A A+

ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının rəhbəri Şəfəq Mehrəliyeva, Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov Naxçıvan Dövlət Universitetində olublar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov qonaqları salamlayıb, ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verib.

ADA Universiteti Tələbə qəbulu şöbəsinin əməkdaşı Elşad Göyüşov qeyd edib ki, universitetin tarixi 2006-cı ildən başlayır. 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası adı altında ali təhsil müəssisəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında ADA Universiteti yaradılıb. Universitetin əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır.

Sonra tələbələri yüksək potensiala malik məzunlar yetişdirən universitetin qəbul qaydaları ilə tanış edən qonaq bildirib ki, qəbul zamanı yüksək nəticə göstərmiş tələbələrə universitetdə işləyərək həm təhsil haqqından azad olmaq, həm də təcrübə qazanmaq şansı verir.

Qarşılıqlı müzakirə şəklində keçirilən mühazirədə tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aparılan mühazirənin əsas məqsədi magistr təhsil pilləsi haqda tələbələri məlumatlandırmaq olub. 

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: