Akademiya əməkdaşları Dövlət Bayrağı Muzeyində olublar - FOTOLAR

A- A A+

AMEA Naxçıvan Bölməsinin kollektivi Dövlət Bayrağı Muzeyini ziyarət edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, muzeydə kollektivə məlumat verilib ki, tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Qeyd edilib ki, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə yaradılıb. Çoxsaylı eksponatın nümayiş olunduğu muzeydə 17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərar və həmin tarixi günü əks etdirən fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, Naxçıvan xanlığının bərpa olunan bayraqları, gerbləri, inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinin bayraqları, döyüşçü libasları, muxtar respublikanın müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları və başqa eksponatlar nümayiş olunur.

Aygün Hüseynova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: