Günəşin ən keyfiyyətli görüntüsü

A- A A+

Avropa Kosmik Agentliyinin müşahidə peyki “Solar Orbiter” 74 milyon kilometr məsafədən Günəşin yüksək keyfiyyətə malik fotosunu lentə alıb.

NUHÇIXAN İnformasiya Agentliyi “Autoevolution” saytına istinadən xəbər verir ki, fotonu çəkmək üçün Ekstremal Ultrabənövşəyi Görüntü Teleskopundan (EUI) istifadə edilib.

Günəşin fotosunun bütöv halının əldə edilməsi üçün 74 milyon kilometr məsafədən 25 şəkil çəkilib. Daha sonra Günəşin tam görünməsi üçün həmin şəkillər birləşdirilib.

Fotoşəkilin 83 milyon pikseldən çox olduğu bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: