Sentyabrın 8-də keçirilmiş əlavə buraxılış imtahanlarının nəticələri açıqlanıb

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də keçirilən əlavə imtahanların nəticələrini açıqlayıb.

Mərkəzdən NUHÇIXAN-a bildiriblər ki, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Şagirdlər Apellyasiya Komissiyasına sentyabrın 13-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanındakı binasında (keçmiş Bakı Asiya Universitetinin binası) fəaliyyət göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: