31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən tədbirdə soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş şəhidlərin xatirəsi yad edilib. Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olub. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilib. Vurğulanıb ki, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun rəşadəti ilə qazandığımız qələbə düşmənə verilən layiqli dərs idi. Gənc nəsil soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmalı və  tarix boyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almalıdır.

Tədbirdə “31 mart-tarixi yaddaşımızdan silinməyən soyqırımı”, “1918-ci ildə Naxçıvanda mart soyqırımları” mövzularında çıxışlar dinlənilib. Çıxışlarda azərbaycanlıların soyqırımının erməni faşizminin xalqımızın taleyində həkk etdiyi qanlı salnamə, bütün türk dünyası və bəşəriyyət üçün tarixi ibrət dərsi olduğu, tarix boyu Azərbaycanımıza qarşı yönəlmiş bu mənfur siyasətin doğma Naxçıvanımızdan da yan keçmədiyi vurğulanıb.

Sonda soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.

Səadət Əliyeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: