“Şagirdin əsas işi məktəbə getmək, dərs oxumaqdır. Düşünürəm ki, məktəb rəhbərliyi Aşura günündə şagirdlərin dərsdə iştiraklarına xüsusi diqqət yetirəcək”.
NUHÇIXAN xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov sentyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məktəb rəhbərliyi və sinif rəhbərləri valideynlərlə birlikdə şagirdlərin tədrisdən yayınmamasına diqqət yetirməlidirlər. C.Bayramov deyib: “Hesab edirik ki, bu ismarıclar sinif rəhbərləri vasitəsilə valideynlərə çatdırılacaq. Valideynlər də şagirdlərin dərsdə iştiraklarında maraqlı olmalıdırlar və bunu təmin etməlidirlər”.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.