Naxçıvanda gömrük orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib

A- A A+

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbulla əlaqədar müsabiqəyə 10 vakant inspektor vəzifəsi çıxarılıb. Müsabiqədə ali məktəbləri gömrük işinin təşkili, gömrük ekspertizası, hüquqşünas, dövlət və bələdiyyə idarəetməsi, ümumi iqtisadiyyat, iqtisadiyyatın tənzimlənməsi, dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər, biznesin təşkili və idarəedilməsi, menecment, vergi işinin təşkili və idarəedilməsi, mühasibat uçotu və audit, maliyyə və kredit ixtisasları üzrə bitirən şəxslər iştirak edə bilərlər.

İkili vətəndaşlığı olan, yaşı 30-u keçmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar müsabiqəyə buraxılmırlar.

Test imtahanında iştirak etmək istəyən şəxslər 1 aprel-2 may 2022-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az“şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli və şəxsiyyət vəsiqəsi, ali təhsil barədə diplom, əmək kitabçası, hərbi biletin skan olunmuş surətlərini və 3×4 santimetr ölçüdə ağ fonda fotoşəkli “şəxsi kabinet”ə yükləməlidirlər:

Namizədlər elektron ərizəni təsdiq etmək üçün müəyyən olunmuş məbləği (90 AZN) “şəxsi kabinet” üzərindən bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin “Naxçıvanbank” ASC-dəki bank hesabına (AZ50NAXB36015000024840000AZN) ödənməli və ödənişə dair qəbz Mərkəzə təqdim edilməlidir.

Əlavə məlumat üçün Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: