Naxçıvan Müəllimlər İnstitutunda 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə institutun rektoru Azad Novruzov 1918-ci ildə törədilən mart soyqırımının amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu deyib. Rektor vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişində baş verən qanlı hadisələr obyektiv qiymətini alıb, Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı erməni terrorizminin əsl simasını açıb.

Sonra “XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımlar”, “XX əsrdə azərbaycanlılara qarşı deportasiya siyasəti və onun nəticələri” mövzularında çıxışlar dinlənilib. Çıxışlarda ermənilərin 104 il əvvəl törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasının vacibliyi vurğulanıb, Vətən müharibəsində qazandığımız parlaq qələbəmizi xalqımıza qarşı soyqırım siyasəti yeridən erməni terrorizminə qarşı ən tutarlı cavab olduğu deyilib.

Sonda soyqırımı həqiqətlərinə həsr olunmuş filmə baxılıb.         

                                                                              Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: