Mart qırğınları Naxçıvanı da əhatə edib

A- A A+

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq”. Azərbaycan xalqının müxtəlif vaxtlarda məruz qaldığı erməni şovinizminin soyqırımı aktları da unudulmayacaq belə səhifələrdəndir. Azərbaycan xalqının tarixi torpaqlarına göz dikən və əsassız iddialarla çıxış edən erməni şovinistləri fürsət düşdükcə onları himayə edən xarici qüvvələrin təsiri altında daim azərbaycanlılara qarşı dəhşətli faciələr törətmiş, əhaliyə görünməmiş qırğın törətmiş və zülm yaşatmışlar. Azərbaycanda Xalq Cümhuriyyətinin elan olunduğu 1918-ci ilin mart ayının 30-u, 31-i və aprelin 1-də törədilən faciələr də görünməmiş soyqırımı aktı, müdhiş faciə səhifələridir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 31 mart Soyqırımı Günü ilə bağlı xalqa müraciətində dediyi kimi: Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. ...Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur”.

Erməni xəyanətkarlığı azərbaycanlılara qarşı soyqırımlar tarixinin nüvəsini təşkil edir. Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra “Böyük Ermənistan” xülyası ilə torpaqlarımıza qarşı iddialar qaldıran erməni millətçiləri hərbi münaqişələrlə xalqımıza qarşı qırğınlar törətmişlər. 1905-1906-cı illər, 1918-1920-ci illər, 1988-1993-cü illər ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı soyqırımılar tarixidir. 1992-ci ildə törədilən Xocalı soyqırımı bütün insanlığa, bəşəriyyətə qarşı olan anti-insani beynəlxalq cinayət olduğu kimi, əvvəlki illərin soyqırımılar hadisələrinin məntiqi davamıdır.

31 Mart soyqırımı da bu soyqırımı hadisələrinin bir tarix günüdür. 1918-ci ilin 30 mart tarixindən başlamış 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar Azərbaycan tarixinin səhifələrində Mart Soyqırımı və ya Mart hadisələri kimi qalmışdır. Rəsmi mənbələrə əsasən, acımadan törədilmiş bu soyqırım nəticəsində 12 mindən çox (hətta bəzi mənbələrdə 15-18 min) azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan isə itkin düşmüşdür.

Azərbaycan tarixçilərinin araşdırmaları müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş bu kimi müxtəlif qırğınların erməni qüvvələri və onların himayədarları tərəfindən həyata keçirildiyini, özündə ardıcıl və məqsədli olaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti daşıdığını təsdiq etmişdir. Martın 30-dan aprelin 3-nə qədər Bakıda erməni daşnak qüvvələri və yadelli bolşeviklərdən ibarət silahlı birliklər azərbaycanlılara qarşı görünməmiş qırğın aksiyası keçirməyə başlamışdır. Bu silahlı münaqişə tarixdə “1918-ci ilin Mart Günləri” kimi soyqırımı hadisəsi olaraq qalır. Mahiyyətcə milli soyqırımı aktı olan “Mart hadisələri” Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı nifrəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına ciddi zərbə vurdu. 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərdilər. Erməni “Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı müxtəlif cinayət hərəkətləri həyata keçirməyə başladılar. Bakı kommunası daha bir xain cinayətə əl ataraq 1918-ci ilin Azərbaycan tarixçilərinin araşdırmaları müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş bu kimi müxtəlif qırğınların erməni qüvvələri və onların himayədarları tərəfindən həyata keçirildiyini, özündə ardıcıl və məqsədli olaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti daşıdığını təsdiq etmişdir. Martın 30-dan aprelin 3-nə qədər Bakıda erməni daşnak qüvvələri və yadelli bolşeviklərdən ibarət silahlı birliklər azərbaycanlılara qarşı görünməmiş qırğın aksiyası keçirməyə başlamışdır. Bu silahlı münaqişə tarixdə “1918-ci ilin Mart Günləri” kimi soyqırımı hadisəsi olaraq qalır. Mahiyyətcə Azərbaycan tarixçilərinin araşdırmaları müxtəlif tarixi dövrlərdə azərbaycanlılara qarşı törədilmiş bu kimi müxtəlif qırğınların erməni qüvvələri və onların himayədarları tərəfindən həyata keçirildiyini, özündə ardıcıl və məqsədli olaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti daşıdığını təsdiq etmişdir. Martın 30-dan aprelin 3-nə qədər Bakıda erməni daşnak qüvvələri və yadelli bolşeviklərdən ibarət silahlı birliklər azərbaycanlılara qarşı görünməmiş qırğın aksiyası keçirməyə başlamışdır. Bu silahlı münaqişə tarixdə “1918-ci ilin Mart Günləri” kimi soyqırımı hadisəsi olaraq qalır. Mahiyyətcə martında təxminən 7 min erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirdi. Bundan başqa “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçdi. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidildi. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. 31 mart səhər tezdən bolşevik-daşnaq dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçiləri heç kimə rəhm etmirdilər: Qarşılarına çıxan hər kəsi “türk” - deyə, dərhal qətlə yetirirdilər. İçi xainlikdən yanan daşnaklar üçün bir müqayisə var idi: “Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında bəhs edərkən deyirdi: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər. Öldürülmək üçün müsəlman оlmaq kifayət idi… Bоlşеvizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yоl vеrir, uşaqlara və hamilə qadınlara belə rəhm еtmirdilər”. Bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı aktı idi. Həmin soyqırımı zamanı təkcə Bakı şəhərində 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı göz qırpmadan qanına qəltan edildi. O dövrdə Bakıda olan İngiltərə konsulu Mak Donell də yazırdı ki, şəhərdə cəsədlərdən başqa insan yox idi.

Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmədi. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında, o cümlədən işğalına bütün qüvvələri ilə çalışdıqları Naxçıvanda soyqırımı aktlarını davam etdirmişdilər. Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı isə S.Şaumyan özü idi və 1918-ci il aprelin 13-də RSFSR Xalq Komissarları Sovetinə yazdığı məktubunda da etiraf etmişdi: “Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... “Daşnaksütyunun” da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik”.

Erməni faşistlərinin soyqırımı davranışları Azərbaycanın göz bəbəyi olan Naxçıvanı da əhatə etmişdir. Özünəməxsus geostrateji mövqeyə malik olan Naxçıvanı ələ keçirmək niyyəti soyqırımı və qırğınların Naxçıvanda daha dəhşətli şəkildə aparılmasına səbəb olmuşdur. Erməni yaraqlıları başda Andronik Ozanyan, Dro və Njde olmaqla Naxçıvanda kütləvi qırğın aparılması ilə müşayiət olunan soyqırımı aktları həyata keçirdilər. Naxçıvanda və onun müxtəlif bölgələrində ermənilərin törətdiyi faciəvi hadisələr özünün dəhşətləri, miqyası və qaniçənliyi ilə bütün insanlığa qarşı cinayət faktıdır. İngilis, amerikan və rus qüvvələrinə, onların ikiüzlü diplomatiyasına arxalanan ermənilər Naxçıvanı ələ keçirmək üçün bütün nifrətləri ilə mübarizə aparır, Naxçıvan əhalisini dəhşətli və görünməmiş işgəncələrlə məhv edirdilər. Onların Şərurda, Yaycıda, Sirabda, Naxçıvan və onun ətraf ərazilərində və başqa yerlərdə apardıqları kütləvi və amansız qırğınlar tarixin bütün zamanlarında lənətlənəcək hadisələrdir. Ermənilərin Naxçıvandakı soyqırımı aktları ilə bağlı faktları dilə gətirən “Naxçıvan tarixi” kitabında yazılır: “Zəngibasarda 48 kənd tamamilə yandırılmış, 18 qız və gənc qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160 min nəfər isə Cənubi Azərbaycana keçərək orada evsiz qalmışdır; Vedibasarda 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşlərilə öldürülmüş, 6 qadın əsir aparılmış, 300-dən artıq uşaq və qoca qətlə yetirilmişdir. Dərələyəzdə 74, Şərur və Şahtaxtıda isə 76 kənd yandırılmışdır. Şərurda 810 nəfər xəstə yatağındaca qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, 72 nəfər top atəşilə məhv edilmiş, 150 qoca və qadın öldürülmüşdür. Şahtaxtıda isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi, 8 qadın və 9 xəstə qətlə yetirilmişdir. Bütövlükdə 1918-1921-ci illlərdə erməni quldur dəstələri tərəfindən Naxçıvan bölgəsində 73 727 nəfər türk-müsəlman əhalisi vəhşicəsinə qətlə yetirilmişdir”. 

Ancaq bir qürurverici fakt var ki, erməni zülmü nə qədər dəhşətli, qüvvələri nə qədər çox olsa da, onların zülmü qarşısında Naxçıvan əhalisi yenilməmişdir. Müxtəlif tarixi sənədlərdə ifadə olunduğu kimi naxçıvanlılar bu hücum və qırğın aktları qarşısında kütləvi şəkildə mübarizə aparmış, görünməmiş qəhrəmanlıqla doğma torpaqlarını müdafiə etmişlər. Minlərlə insanın bu hadisələr zamanı qırğına qurban getməyinə, onlarla kəndin dağıdılmasına və yandırılmasına baxmayaraq, qəhrəman naxçıvanlılar Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətlə döyüşmüş, Naxçıvanın qorunmasında misilsiz qəhrəmanlıq nümayiş etdirmişlər. Bu sahədə qardaş Türkiyənin Kazım Qarabəkir Paşanın komandanlığı altında hərbi yardımını da Naxçıvan ictimaiyyəti minnətdarlıqla xatırlayır. Bu kütləvi mübarizə nəticəsində ermənilərin və onların xarici himayədarlarının Naxçıvanı erməni yurduna çevirmək kimi xain niyyətləri pozulmuş, həmin vaxtlar Araz-Türk Respublikasının yaranması ilə Naxçıvanın muxtariyyət qazanması zərurəti gündəmə gəlmişdir. Sonrakı zamanlar da Azərbaycanın Behbud bəy Şahtaxtinski kimi məharətli diplomatlarının uzaqgörən planları və ciddi səyləri ilə Naxçıvanın beynəlxalq müqavilələr əsasında muxtariyyət hüququ qazanması Naxçıvanın əbədi Azərbaycan torpağı olmasını birdəfəlik həll etmiş, erməni şovinist planlarını tamamilə məhv etmişdir. Bu gün Naxçıvanın müasir inkişafı və əldə etdiyi misilsiz nailiyyətlər onun yenilməzliyini və əbədi “türk qapısı” olmağını təntənə ilə nümayiş etdirir. 

Beləliklə, ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətmək niyyətinə himayəçilik edən rus bolşevik qüvvələrinin köməkliyi ilə tariximizin qanlı səhifələrindən biri olan 31 mart qırğınları həyata keçirildi. Azərbaycan xalqına tarixin müxtəlif dövrlərində törədilmiş bu cür söyqırımı qırğınlarını unutmamaq, milli tarixin mühüm səhifələri kimi hifz etmək, milli təfəkkürümüzün hissəsinə çevirmək məqsədilə Azərbaycan xalqının ümummilli lideri, böyük azərbaycanlı, milli ideologiyamızın banisi ulu öndər Heydər Əliyev prezident olduğu dövrdə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli, habelə “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanları böyük əhəmiyyətə malik olmuşdur. Bu fərmanlar və həyata keçirilən çoxsaylı digər işlər tarixin hər bir səhifəsinə göstərilən ehtiramın, onu öyrənməyə olan marağın və görüləcək məqsədyönlü işlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşımışdır.

Dahi rəhbərimizin proqramını özü üçün başlıca siyasi xətt götürən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və əzmkar tədbirlər misilsiz nailiyyətlərlə nəticələndi. Xüsusilə də 200 ildən artıq bir müddət ərzində ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları və azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına qarşı böyük qələbə əldə edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi altında həm siyasətdə, həm də hərb meydanında Azərbaycan xalqı böyük tarixi qələbə əldə etdi. 2020-ci ilin noyabr ayında Azərbaycan ərazilərinə yeni hərbi hücum həyata keçirən Ermənistan hərbi qüvvələrinə qarşı Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətli döyüşlər Ermənistanı təslimçilik aktını imza etməyə vadar etdi. Ali Baş Komandan İlham Əliyevin hərtərəfli peşəkar komandanlığı erməniləri ağır məğlubiyyətə uğratmaqla bərabər 200 illk erməni iddialarını da kökündən sarsıtdı. Şuşa Zəfəri tarixin şanlı zəfəri olaraq Azərbaycan xalqının haqq işinin təntənəsi kimi tarixin qızıl səhifəsinə çevrildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasıf Talıbovun dediyi kimi “Tarix ona görə yad olunur ki, ondan nəticə çıxarılsın. Ötən iki əsr ərzində xalqımızın məruz qaldığı qanlı faciələrin və soyqırımların təkrar olunmaması, itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması naminə hər gün səylə çalışmalıyıq. Güclü xalq – güclü dövlət prinsipini əldə rəhbər tutaraq, gənclərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edərək müstəqil Azərbaycanımızı daha da möhkəmləndirməliyik”. Allah şəhidlərimizə və soyqırımı qurbanlarına rəhmət eləsin!

                                                                                                   Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: