Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, aprelin 2-də Lütfi Zadə adına məntiq olimpiadasının muxtar respublika məktəbliləri arasında rayon (şəhər) mərhələsi keçirilib.

Olimpiada Naxçıvan şəhərində 17, Şərur şəhərində 1, Babək şəhərində 2, Ordubad şəhərində 1, Culfa şəhərində 2, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbi, Şahbuz şəhərində 1, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərində keçirilib.

Olimpiadada Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri iştirak edib. Olimpiadada şagirdlərə Riyaziyyat fənni üzrə 30 sual təqdim olunub, onlara 120 dəqiqə vaxt ayrılıb.

Qaydalara əsasən 4 səhv cavab 1 düzgün cavabı aparır.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadasının keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin onların məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxararaq həvəsləndirməkdən  ibarətdir.

Olimpiadanın nəticələri 11.04.2022-ci il tarixdən etibarən www.olimpiada.edu.az və www.portal.edu.az saytlarında elan olunacaq.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: