Naxçıvanda dövlət mətbuat orqanlarına və Dövlət Sosial Müdafiə Fonduna işə qəbul üçün müsabiqə elan edilib

A- A A+

Mərkəzin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondundan 13, dövlət mətbuat orqanlarından isə 7 vakant vəzifənin çıxarıldığı müsabiqədə iştirak etmək istəyən şəxslər 2 may 2022-ci il tarixə qədər Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər 90 manat ödəniş məbləğini “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz mərkəzə təqdim edilməlidir.

Dövlət mətbuat orqanlarında vakant vəzifələrin tutulması üçün esse imtahanı və müsahibə keçiriləcəkdir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.

Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Maraqlananlar mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: