Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məktəblilər arasında keçirilən respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində VI-VII sinif şagirdləri iştirak ediblər.
Müsabiqə Naxçıvan şəhərində 17, Şərur şəhərində 1, Babək şəhərində 2, Ordubad şəhərində 1, Culfa şəhərində 2, Kəngərli rayonunda Yurdçu kənd tam orta məktəbi, Şahbuz şəhərində 1, Sədərək rayonunda isə Sədərək kənd 1 nömrəli tam orta məktəblərdə keçirilib.
Müsabiqədə şagirdlərə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənlərindən 50 sual təqdim olunub, onlara 120 qəqiqə vaxt ayrılıb.
Müsabiqədə hər sual 2 balla qiymətləndiriləcək, 1 səhv cavablandırılan sual öz dəyərinin dörddəbir qədərini aparacaq.
Müsabiqənin nəticələri 11.04.2022-ci il tarixindən etibarən www.olimpiada.edu.az və www.portal.edu.az saytlarında elan olunacaq.
Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar olunması, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılmasıdır.