Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi ölkə üzrə ümumilikdə 74 mərkəzdə keçirilib.
Təhsil İnstitutundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, olimpiadada 13 minədək şagird iştirak edib.
Şagirdlər olimpiadanın nəticələrini aprelin 11-dən etibarən www.portal.edu.az, www.olimpiada.edu.az saytlarından və təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.