Məktəblilər flüoroqrafik müayinələrə cəlb olunublar - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən Naxçıvan şəhərində məktəblilər arasında ildə 2 dəfə keçirilən flüoroqrafik müayinələrə başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk olaraq Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri flüoroqrafik müayinələrə cəlb olunublar. Yeniyetmələr Naxçıvan Muxtar Respublika Ağciyər Xəstəlikləri Dispanseri tərəfindən flüoroqrafiya aparatı yerləşdirilmiş səyyari avtomaşına dəvət olunub və fitizator vasitəsilə müayinədən keçiblər. Vərəmin erkən diaqnostikası və onun qarşısının alınması məqsədilə aparılan ilkin tibbi müayinə zamanı heç bir məktəblidə xəstəlik və ya xəstəliyə dair şübhəli vəziyyət aşkar olunmayıb.
Analoji profilaktik tibbi tədbirlərin muxtar respublikanın digər məktəblərində də həyata keçirilməsi planlaşdırılır.
Leyla Cəfərzadə